Hadisə

Masallıda naməlum şirkətin texnikası QHT sədrinin həyat yoldaşına məxsus maşını əzib yoxa çıxdı – FOTO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Masallı rayonu Babaser kəndində DİN və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşovanın həyat yoldaşına məxsus mersedes markalı maşını kəndə işləyən ekskvator (Traktor) əzib.

Belə ki, həmin kəndə qazıntı işləri görən naməlum şirkətin traktoru internet xətti bağlanmış dirəyə toxunub və dirək aşıb maşının uzərinə.

Xəbəral.az-ın məlumatına görə, bu haqda QHT sədri öz Tünzalə Qardaşova sosial şəbəkəsində paylaşım edib.

Sözügedən paylaşımı sizlərə olduğu kimi təqdim edirik.

Bu gün axşam saatlarında tanımadığım ekskvator yeni çəkilmiş internet naqillərinə ilişərək internet dirəklərini çıxartdı.

Nəticədə dəmir dirəklərdən biri yoldaşıma məxsus mersedes markalı maşının üzərinə düşdü.

Ekskvator hadisə yerindən qaçdı.Küçədə olan digər maşınlar və adamlar təsadüf nəticəcəsində xəsarət almadılar.
Sürücünün hadisə yerindən qaçması öz yerində, hal-hazırda polis tərəfindən axtarılır.Mənə maraqlı olan yenicə basdırılan internet dirəkləri niyə yerə bir qarış basdırılıb ki,adi bir təkana yerindən çıxır.Birdən aşan dəmir dirəklərin altında insan olaydı.Kim cavab verəcəkdi?

Bu məsələ ilə bağlı hər halda adını bilmədiyimiz,əlaqə saxlamaq istəsək də mümkün olmayan aidiyyati şirkət açıqlama verəcək.Xatırladım hadisədən bir neçə dəqiqə əvvəl uşaqlar və özüm maşının yanında idik.
P.S.Hadisə Masallı rayonu Babaser kəndində baş verib.@Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişik.Polis deyir: “kənddə soruşun görün kimin evinə ekskvator gəlib”😒
Yaşasın…!

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir