İqtisadiyyat

Banklar niyə biznes krediti verməyi azaldıb? – Mütəxəssis AÇIQLADI

Sharing is caring!

Son bir ayda bankların istehlak və ipoteka kredit portfeli artarkən biznes kredit portfeli avqustla müqayisədə müəyyən dərəcədə azalıb. Belə ki, bank kredit portfelinin strukturu barədə məlumata əsasən, iyul ayının sonunda biznes kredit portfeli 10 milyard 497 milyon manat təşkil etdiyi halda, avqustun 31-də bu məbləğ 10 milyard 492 milyon manata düşüb.

Maraqlıdır, beş milyon manatlıq azalma nə ilə bağlıdır? Ümumiyyətlə, biznesin inkişafına yaradılan imkan qaneedicidirmi?

Məsələni Oxu.Az-a şərh edən maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov azalma qısa müddətdə baş verdiyi üçün problemin nədən qaynaqlandığını deməyin çətin olduğunu bildirib:

“Sadəcə bir-iki ay ərzində biznes kreditləri azalıb, ona görə də bu, mövsümi faktor ola bilər, yəni yay aylarıdır, adətən, həmin dövrdə biznes aktivliyi yüksək olmadığı üçün biznes kreditləri də olmur”. 

Ekspert qeyd edib ki, bütövlükdə biznes kreditlərinin verilməsində problem var:

“Banklar bu sektora daha az maraq göstərir, çünki uğurlu özəl sakibkar azdır. Uğurlular da, əsasən, dövlət layihələrində iştirak edənlərdir. Dövlət layihələrində isə işləri böyük şirkətlər üzərlərinə götürürlər. Yəni onların kreditə bir çox hallarda ehtiyacı olmur. 

Ümumilikdə, biznes kreditləri banklar üçün böyük risklər törədir. Çünki biznes krediti verəndə şəxs ya sabah onu qaytarmaq istəmir, ya da qaytara bilmir. Özü də biznesmen adi vətəndaşdan fərqli olaraq, həm banka, həm məhkəməyə çox savadlı və uzunmüddətli müqavimət göstərə bilir. Bu da həmin istiqamətdə qanunların zəif və məhkəmə-hüquq sistemində boşluqların olmasıyla bağlıdır. Ona görə də banklar sahibkarlara kredit verməyə meyilli deyil”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir