Hadisə

Şəhidin dəfni zamanı özünü saxlaya bilməyib “qəşş” edib gülən adam məşhur iş adamı imiş (VİDEO)

Sharing is caring!

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb.

Xəbəral.az xəbər verir ki, Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı bir nəfərin gülməsi sosial şəbəkədə reaksiyalara səbəb olub.

Əldə etdiyimiz məlumata görə şəhidin dəfn mərasimi zamanı polislərin havaya güllə atmasından diksinib və daha sonra özünə hakim olmayıb “qəşş” edib gülən  şəxs Qartal Tikinti Firmasının Direktoru, laçınlı tanınmış iş adamı, xeyriyyəçi Şahin Məmmədovdur. Onun yanında dayanan şəxslər isə Sumqaylt şəhər ucra hakimiyyəti nümayəndələridir.

Xatırladaq ki, Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.32gun.az 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir