Hadisə manset

Ağsuda yas mərasimində iştirak edən 18 nəfər cərimələnib – FOTO

Sharing is caring!

Ağsuda yas mərasimində iştirak edən 18 nəfər cərimələnib – FOTO

Ağsu rayon İcra Hakimiyyəti və Polis Şöbəsi əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Ərəbmehdibəy kəndində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xəbəral.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin yas mərasimi dərhal dayandırılıb və orada olan şəxslər saxlanılaraq Ağsu Rayon Polis Şöbəsinə gətirilib.

Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunublar.

Ağsuda yas mərasimində iştirak edən 18 nəfər cərimələnib - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir