AKTUAL manset

Sabirabad rayonuna ağır itki – Rayonun ziyalı ağsaqqalı dünyasını dəyişdi

Sharing is caring!

Sabirabad rayon Ağsaqqal Cəmiyyətinin sədri Həmidov Böyükaga Mirheydər oğlu bu gün dünyasını dəyişib. Rayonun tanınmış ziyalılarından olan Böyükağa müəllim  bu Kovlar kənd qəbristanlığında dəfn edilib.
Ziyalılar Cəmiyyətinin sabiq sədri, Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının İdarə Heyətinin üzvü  mərhum Böyükağa Həmidov  45 ildən artıq dövlət qulluğunda çalışıb. 1978-ci ilə CCRİ Ali Sovetinin Fərmanı ilə  “Əmək igidliyinə görə” medalı, 1990-cı ildə CCRİ Ali Sovetinin Fərmanı ilə “Əmək Veteranı” medalı ilə təltif edilib.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən  2011-ci ildə ictimai-siyasi sahədəki xidmətlərinə görə, Boyükağa Həmidov “Tərəqqi” medalı, həmçinin ölkə prezidentinin 27 may 2019-cu il cərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunub.
Sabirabad rayonunda sayılıb seçilən ağsaqqaldan olan mərhumun ailəsinə səbr diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir