Hadisə manset

“Araz” supermarketində biabırçılıq-Kif bağlanmış çörəklər satılır-Açıqlama(FOTO)

Sharing is caring!

Çörəklər artıq satışdan yığışdırılıb.

Dünən XəbərAl.az saytının əməkdaşlarından biri Masazırda yerləşən “Araz” supermarketində çörək alarkən biabırçı halla rastlaşıb.Belə ki, jurnalist rəfdəki adıçəkilən çörəklərin kif bağlamasının,bərbad halda olmasının şahidi olub.Satışa çıxarılan və kağız paketlərdə olan isti çörəklərin kif bağlanması ilə bağlı jurnalist məsil şəxsləri cağıraraq öz iradını bildirib. Amma məsul işçi cavabında jurnalistə deyib ki,”biz nə edək,çörəyi istejhsal edən şirkət gətirib qoyub”. “Araz” supermarketinin məsul işçiləri bildiriblər ki,”biz çörəyin keyfiyyətinə cavab deyilik,düzdür biz nəzarət etməliyik,amma indi etməmişik sadəcə”.
Halbuki supermarketdə satışa çıxarılan hər bir məhsula ciddi nəzarət olmalıdır,qida məhsulu sanitar-gigiyenik normalara uyğun olmalıdır. Bu qida Təhlükəsizliyi baxımından çox önəmli məsələdir ,buna belə laqeyd münasibət bəsləmək olmaz və bu qanunsuzluqdur.
Bildiyiniz kimi “Araz” Azərbaycanın ən böyük supermarketlər şəbəkəsidir və “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” şirkəti tərəfindən idarə olunur.Məsələ ilə bağlı XəbərAl.az-ın əməkdaşı “Araz” supermarketlər şəbəkəsinin Masazır üzrə bölgə müdiri Rəsul müəlllimlə əlaqə saxlayıb.Rəsul müəllim açıqlamasında faktı təsdiqləyib və bildirib ki,məsələdən xəbərdardır.Onun bildirdiyinə görə məsələ araşdırılacaq və olayla bağlı məsul şəxslər cəzalandırılacaq.Əldə etdiyimiz məlumata görə kiflənmiş halda satışa çıxarılan çörəklər artıq satışdan yığışdırılıb.
XəbərAl.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir