Dünya

Ceff Bezos eksklüziv adada 68 milyon dollara ev alıb – FOTO

Sharing is caring!


“Amazon”un banisi, amerikalı milyarder və dünyanın üçüncü ən varlı adamı Ceff Bezos Florida ştatındakı İndian Krik eksklüziv adasında 68 milyon dollara malikanə alıb.

1,1 hektar ərazidə yerləşən üç otaqlı mülk 1965-ci ildə tikilib və əvvəllər “MTM Star International” şirkətinə məxsus olub. Sənədlərə görə, Ceff Bezos bu ilin iyun ayında malikanənin sahibi olub.

Qeyd edək ki, İndian Krik “Milyarderlərin bunkeri” adlanır. Adadakı daşınmaz əmlak sahibləri arasında futbolçu Tom Bredi, iş adamı Cared Kuşner və ABŞ-nin keçmiş prezidenti Donald Trampın qızı İvanka kimi məşhurlar da var.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir