Hadisə manset

İki siyasətçinin seks görüntüləri yayıldı – Foto

Sharing is caring!

1979-cu il İslam İnqilabından sonra İranda ilk dəfədir ki, siyasətçilərin intim videoları yayılıb.

XəbərAl.az “France24”ə istinadən xəbər verir ki, ilk seks görüntüsü avqustun 4-də yayılıb.

Gizli kamera ilə çəkilən və 4 dəqiqə sürən videoda Buyer Ahmad Əyalətinin valisi Əli Məhəmməd Əhmədin bir qadınla intim görüntüləri əks olunub.

Yandaş media isə iddia edib ki, iranlı siyasətçiyə kəşfiyyat xidməti tərəfindən tor qurulub. Məhəmməd Əhmədə Kanadada televiziyalardan birində İran rejiminə yönəlik ittihamlarla çıxış etməsi təklif edilib. Siyasətçi bu təklifdən imtina etdiyi üçün seks kaseti sızdırılıb. Avqustun 6-da da vali ilə bağlı daha bir video yayımlanıb. Bu videoda vali ilə qadın söhbət edir və öpüşür.

Qeyd edilir ki, siyasi spektrin mərkəzində olan Əli Məhəmməd Əhmədin islahatçılarla və İran Prezidenti Həsən Ruhani ilə yaxın əlaqələri var. Əhməd 2020-ci ildə keçiriləcək parlamentin seçkilərində iştirak etmək məqsədilə valilik vəzifəsindən istefa edib.

Avqustun 9-da isə başqa bir iranlı siyasətçinin videosu yayılıb. Bu ölkənin cənub vilayətində Sədra şəhərinin meri Abbas Mələkzadə ilə bağlı görüntülərdir. O, təxminən 100 min əhalisi olan şəhərin meridir. Ancaq bu videonun Mələkzadənin özü tərəfindən çəkildiyi ehtimal olunur. Telefonda danışan bir qadına sarılan mer mobil telefonla bu görüntüləri çəkib. Bu görüntülərin sosial şəbəkələrdə yayılmasının ardından qadın seks qeydlərinin silinməsi üçün yalvardığı görülən daha iki video yayılıb. O da qeyd edilir ki, Mələkzadə bir müddət əvvəl korrupsiya ittihamı ilə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.