“Microsoft” şirkətinin qurucusu Bill Qeyts yaxın 20 ildə bəşəriyyətin yeni pandemiya ilə üzləşməsi riskini qiymətləndirib. O, İspaniyanın “El Diario” qəzetinə müsahibəsində yaxın 20 ildə yeni pandemiya riskinin 50 faiz olduğunu bildirib. “Microsoft” şirkətinin qurucusu yeni pandemiyanın bəşəriyyətə məlum olan bir virusdan qaynaqlana biləcəyini qeyd edib: “Bu, qripin növlərindən biri, yaxud digər növ koronavirus ola bilər. […]
İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab […]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarpın etimadnaməsini qəbul edib. XəbərAl.az xəbər verir ki, bu barədə Prezidentin mıtbuat xidməti məlumat yayıb.