Hadisə

Dənizkənarı Milli Parkda dənizə düşən 2 nəfər xilas edilib

Dənizkənarı Milli Parkda dənizə düşən 2 nəfər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.