Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Xeberal.az
“Biz İlqar Mirzəyevin timsalında əziz və dəyərli insanımızı itirmişik. Azərbaycan isə çox bilikli və savadlı, Vətənə bağlı zabitini itirib”. “Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin dayısı, Gürcüstanın Saqareco rayonunun Qombori kəndinin sakini Tariyel Əsədulov deyib. Onun sözlərinə görə, İ.Mirzəyevə “Artilleriyanın atası” təxəllüsünün verilməsi də təsadüfi deyildi, […]
Azərbaycan ərazisində noyabrın 13-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 8-10°, gündüz 13-15°, Bakıda gecə 8-10° isti, gündüz 13-15° […]