Hadisə

Bakı metrosunda relslərin üzərinə düşən gəncin adı məlum olub — YENİLƏNİB

Metronun “Ulduz” stansiyasında relslərin üzərinə düşən şəxsin kimliyi aydın olub.

XəbərAl.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu 23 yaşlı Şahlar Həsənovdur.

Onun relslərin üzərinə ehtiyatsızlıqdan və yaxud bilərəkdən yıxılması hələ dəqiqləşməyib.

Yıxılan zaman gənc müxtəlif xəsarətlər alıb və təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.

Hadisədən sonra qatarların hərəkətində 11 dəqiqəlik gecikmə baş verib. Hazırda qatarların hərəkəti bərpa olunub. 

Araşdırma aparılır.



19:39

Metronun “Ulduz” stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb.

Bu barədə APA-ya “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Hadisə saat 19.06-da olub.

Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov” istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir