Hadisə

Arvadının başını qırxıb videosunu internetdə yayan kişini hansı cəza gözləyir?

Xəbər verdiyimiz kimi, ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Qəzəbli ər arvadı və birgə xəyanət etdiyi kişinin ünvanına nalayiq ifadələr işlədib.

Bununla bağlı Xeberal.AZ-a açıqlama verən vəkil Elmar Süleymanov bildirib ki, səbəbdən asılı olmayaraq qadını bu cür təhqir edənlər qanunla sərt cəzalandırılır: “Həmin şəxslər min beş yüz manatadək cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.