İdman

İslamiada: Azərbaycanın aerobika gimnastika millisi gümüş medal qazanıb

Sharing is caring!

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlar başa çatıb.

“Report” xəbər verir ki, Azərbaycanın aerobika üzrə komandası gümüş medal qazanıb.

Yığmamızın üzvləri Vladimir Dolmatov (təsnifat mərhələsi 1-ci yer) və Mədinə Mustafayeva (təsnifat mərhələsi 2-ci yer) fərdi proqram ilə yanaşı, qarışıq cütlük (təsnifat mərhələsi 2-ci yer) kateqoriyasında final mərhələsinə vəsiqə qazanıb.

Mustafayeva, Dolmatov və Xoşqədəm Quliyeva üçlük proqramında (təsnifat mərhələsi 2-ci yer) da finala adlayıblar.

Azərbaycan millisi göstərdiyi nəticə ilə ikinci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir