Dünya

Hindistan benzin və dizel ixracına qoyulan məhdudiyyətlərin müddətini uzadıb

Sharing is caring!


Hindistan hakimiyyəti dizel və benzinin ixracına qoyulan məhdudiyyətlərin müddətini uzadıb. Bu yolla Nyu-Dehli daxili bazar üçün neft məhsullarının mövcudluğunu təmin etməyi planlaşdırır.

Yeni qaydalara əsasən, ölkənin neft emalı zavodları illik benzin ixracının 50%-ni və dizel ixracının 30%-ni daxili bazara satmağı öhdələrinə götürüblər.

Eyni zamanda, belə məhdudiyyətlər Hindistandakı bəzi qeyri-dövlət prosessorlarının digər ölkələrə təkrar ixrac üçün Rusiya yanacağını almasına mane ola bilər. Bu, Rusiyadan neft məhsullarını almağı dayandıran avropalı idxalçılara da aiddir.

Məhdudiyyətlər keçən il qeyri-dövlət emalı şirkətləri “Reliance Industries” və “Nayara Energy”nin əhəmiyyətli mənfəət əldə etməyə başladıqdan sonra tətbiq edilib. Belə ki, şirkətlər yanacağın daxili bazarda satışını artırmaq əvəzinə ixracını artırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir