Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan mənzildə 20 kvadrat metr sahədə döşəmə və 4 ədəd qapı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 4 kvadrat metr sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir