Cəmiyyət

Qubada qəzalı məscid bərpa olunacaq? – AÇIQLAMA

Sharing is caring!

Sosial şəbəkələrdə Quba rayonunun Qırız kəndində yerləşən qədim Əbu Müslim məscidinin dağıntıya məruz qalmasıyla bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər ki, Quba rayonunun Qırız kəndində yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi reyestrə daxil olan məscid qəzalı vəziyyətdədir.

Bir müddət öncə Dövlət Xidmətinin əməkdaşları həmin ərazidə olub və məscidin hazırkı vəziyyətini qeydə alıblar.

Məscidin bərpa-konservasiya olunması məqsədilə investisiya siyahısına salınması üçün təkliflər hazırlanır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir