Gündəm

DTX: Məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır

Sharing is caring!

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ABŞ-ın Dövlət Səyahət Departamentinin öz vətəndaşlarına ölkəmizlə bağlı çağırışına cavab verib.

XəbərAl.az xəbər verir ki, DTX-nın İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır:

“Qeyd olunan məsələ nəzarətimizdədir və müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, ABŞ-ın Dövlət Səyahət Departamenti Azərbaycan və Ermənistana COVİD-19 və terrorizm səbəbindən getməməyə çağırıb.

Məlumatda “Azərbaycan-İran sərhədinə lazımsız səyahətlərdən çəkinin” çağırışı da yer alıb. 2020-ci ilin payızında Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verən intensiv döyüşlərdən sonra ərazi yüksək riskli bölgə olaraq təsvir edilib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir