Gündəm

Ramiz Mehdiyevdən MÜƏMMALI KADR DƏYİŞİKLİYİ

Sharing is caring!

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ramiz Mehdiyev haqqında daha bir fakt açıqlayıb.

XəbərAl.az xəbər verir ki, H.Hacıyev “Xural”a verdiyi müsahibədə Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasında apardığı kadr islahatı ilə bağlı dəhşətli faktdan danışıb.

Hafiz Hacıyev deyib ki, vaxtilə ermənilərə pasport verdiyinə görə polis sıralarından uzaqlaşdırılan, 1988-99-cu illərdə Yasamal Rayon Polis İdarəsində “pasportstolun” rəisi işləmiş, 1999-cu ildə polis orqanlarından qovulmuş Ağasiyev Rasim Mizi oğlu Ramiz Mehdiyev tərəfindən 11 il sonra vəzifəyə təyin olunub: “Rasim Ağasiyevi hörmətli generalımız Məhərrəm Əliyev Bakı şəhər Baş Polis İdarəsinin rəisi olanda işdə yol verdiyi nöqsanlara və ermənilərə pasport verdiyinə görə işdən çıxarmışdı.

Deməli, Azərbaycanda nə qədər erməni familiyasında olan adam varsa, Rasim Ağasiyev ona pasport vermişdi. Ramiz Mehdiyev indi həmin adama vəzifə verib. Onu Milli Elmlər Akademiyasında hüquq və kadrlar idarəsinin rəisi təyin edib. O da Akademiyada milli qüruru olan, qeyrəti olan, Azərbaycanı sevən insanları vəzifədən uzaqlaşdırır”.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev media orqanlarında onun haqqında gedən məlumatla bağlı akademiyanın saytında açıqlama verib.

Açıqlamada deyilir:

“Bildirirəm ki, mən 1977-ci ildən 2009-cu ilə qədər daxili işlər orqanlarında ayrı-ayrı vəzifələrdə işləmişəm. Belə ki, 1977-1984-cü illərdə “Sovet-Partiya Orqanlarının Mühafizə İdarəsində”, 1984-1987-ci illər ərzində keçmiş Oktyabr Rayon (indiki Yasamal rayonu) Polis İdarəsində məsul növbətçi, 1989-1995-ci illərdə Oktyabr Rayon Polis İdarəsində Pasport Xidməti rəisi, 1995-1999-cu illərdə Yasamal Rayon Polis İdarəsində Pasport-Viza şöbəsinin rəisi, 1999-2005-ci illərdə Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində baş əməliyyat müvəkkili, 2006-2009-cu illərdə Nəsimi Rayon Polis İdarəsində baş təhqiqatçı vəzifələrində işləmişəm. Həmçinin 1992-1993-cü illərdə Qarabağda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşam. Daxili işlər orqanlarında 34 il işlədikdən sonra 2009-cu ilin dekabr ayından təqaüdə çıxmışam. Mən daxili işlər orqanlarından qovulmamışam, “Hürriyyət” qəzetində barəmdə yazılanlar həqiqəti əks etdirmir, şər və böhtandır.

Bildirmək istəyirəm ki, mən 2013-cü ildən AMEA Rəyasət Heyəti aparatının Hüquqi təminat şöbəsinin müdiri, 2014-cü ildən hazıradək AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsində işləyirəm”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir