Gündəm manset

Bərdə İcra Hakimiyyətindən Bayrağa hörmətsizlik-Videofakt

Sharing is caring!

Bərdə rayonunda biabırçı mənzərə yaşanıb. Belə ki, xəbər portalımıza Azərbaycan bayrağı ilə yanaşı qardaş Türkiyə bayrağının da RİH-nin başçısı tərəfindən təhqir olunduğu barədə cəmiyyətdə şok doğuracaq video material daxil olub. Videodan açıq görünür ki, hər iki ölkənin bayrağı yola tullanılıb. Mənbəmiz iddia edir ki, belə bir addımı yalınız düşüncəsiz və səlahiyyətli şəxs edə bilər. Çünki, sadə vətəndaşların övladları bayraqdan ötrü Vətən müharibəsində kifayət qədər şücaət göstərdilər, canlarını, sağlamlıqlarını qurban verdilər, şəhidlik zirvəsinə yüksəldilər.

Məhz şəhidə büküldüyü üçün bayrağa olan hörmət birəbeşdir desək, yanılmarıq. Ölkəmizdə belə həssas dönəmdə bayrağa hörmətsizlik, həm də Şəhid ailələrinə hörmətsizlikdir…
Nəzərinizə çatdırırıq ki, Bərdə RİH başçısı Vidadi İsayevdir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir