Cəmiyyət

Ermənistanda dörd məktəbdə Azərbaycan dili öyrədiləcək

Sharing is caring!

Ermənistanda dörd məktəbdə Azərbaycan dili öyrədiləcək.

Bu barədə ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Bildirilir ki, artıq 20-dən çox məktəbin şagirdləri region ölkələrinin dillərini öyrənməyə başlayıblar.

“23 məktəbdən doqquzunda türk, yeddisində fars, dördündə Azərbaycan, üçündə gürcü dili tədris olunur. Təhsil ya dərnəklər, ya da üçüncü xarici dil formatında aparılır. Qarışıq formatdan istifadə edən məktəblər də var”, – deyə qurumdan xəbər verilib.

Xatırladaq ki, respublikanın ümumtəhsil məktəblərində regional dillərin tədrisi proqramı 2022-ci ilin sentyabrından başlayıb. Proqrama əsasən, Azərbaycan və türk dillərinin tədrisi yalnız orta məktəblərdə – 10-12-ci sinif şagirdləri üçün təşkil olunacaq.

Mənbə: “Sputnik” Ermənistan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir