Gündəm

Söyüşlə kariyera Qurmaq…Rahid Hüseyn

Sharing is caring!

Azərbaycanda sosial şəbəkə seqmenti ilə real cəmiyyət rejimi heç uzlaşmır. Sosial şəbəkələrimiz tamam başqa söz deyir, cəmiyyətimiz tamam başqa söz. Məhz buna görə birçoxları antireklam ilə reklam olunmağın dəhşət uğurlu olduğunu dərk edir. Və bu dərklə “uğurlu” addım atır.
Bir neçə il öncə psixoloq Nərmin Şahmarzadə sosial şəbəkə vasitəsi ilə Milli Qəhrəman Mübariz İbrahimovu “qatil” adlandıraraq sözün həqiqi mənasında Milli Qəhrəmanımızı təhqir etdi. Və sosial şəbəkələr vasitəsi ilə Nərmin Şahmarzadə “like” xatirinə söyülüb , təhqir olunduqca eyni templə Nərminin öz sahəsində kariyerası yüksəlməyə başladı. İnstaqram hesabında izləyici sayı daha sürətli artdı, pasient olaraq qəbuluna yazılanlar saysız-hesabsızlaşdı.
Ortada sual yaranır…
Əgər həqiqətən cəmiyyət öz Şəhidinə, Milli Qəhrəmanına sahib çıxıb, təəssübkeşləndisə , o zaman reallıqda Nərminin kariyerasında yüksəldən bəs hansı cəmiyyət idi?
2 gündür savadı, işinin peşəkarlığı ilə kariyerasında yüksələ bilməyən daha başqa psixoloq xanım cəmiyyətin tərs damarın tapdaladı. Ailə dəyərlərimizə “dil uzatdı”. 1 günün içində 3000 telefon söhbəti ilə xanımı demək olar hamı tanıdı. ( Hələ instaqram hesabına baxmamışam). Sizi əmin edirəmki, bundan sonra xanımın qəbuluna yazılmaq istəyən pasiyentlərin sayı 1-e 100 artacaq.
Kapitalizmin ən böyük fəsadlarından 1-i məhz reklam və antireklamdır. Əgər işlədiyin işdə və təhsil aldığın ixtisasda irəliləyə bilmirsənsə, o zaman antireklam metodundan istifadə et.
Buna Kapitalizm rejimində “Söyülə-söyülə kariyera yüksəlişi” termini deyilir. Amma həqiqətən çox effektiv metoddu.
İllər öncə yazmışdımki, PSİXOLOQLARIN ÖZLƏRİNƏ PSİXOLOQ LAZIMDIR. O zaman psixoloq dostlarımız məndən bərk incimişdilər. Amma inciməyə səbəb yoxdur. Öz sosial problemləri bəs etmir , birdə seansı 50-100 manata hər gün 5-10 insanın problemini dinlədikcə artıq problemlər aurası səni məst edir. Olan-olmaz ağlıvı, elmivi başından alır və sən nə danışdığını bilmədən başlayırsan sərsəmləməyə.
Əvvəllər NƏ DEDİYİNƏ BAXMA, KİMİN DEDİYİNƏ BAX deyirdilər. İndi abu hava o deyil. İndi insanlara sosial şəbəkələrdə KİMİN LİKESİ , KİMİN PROFİL İZLƏYİCİSİ DAHA ÇOXDURSA ONUN FİKİRLƏRİ -MƏNFİ YA MÜSBƏT FƏRQ ETMİR- DÜŞÜNÜLMƏDƏN QƏBUL EDİLİR.
Və asta asta cəmiyyət, mənəvi dəyərlər özüdə hiss etmədən sonu görünməyən uçurumdan yuvarlanır. Muasirlik kölgəsində milli kimlik, milli kök yox olmağa doğru gedir.
Ən təsirlisidə odurki, heç kimə heçnəyi izah etmək olmur. Necə deyərlər “Qatar öz reylsindən çıxıb” qəza törədir. Vaqonlarda kimlər var, kimlər yox, kimlər öləcək, kimlər şikəst qalacaq keç kimə maraqlı və önəmli deyil.
Allah betərindən qorusun deyərdi böyüklərimiz. Bizə məlum deyil bundan betəri var ya yox?! Bu səbəbdən o duanı biz edə bilmirik.

Rahid Hüseyn ziyalı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir