MARAQLI

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Sharing is caring!




Günəş Yer üçün maqnit qasırğası hazırlayır.

Bu barədə “Phobos” hava mərkəzinin mütəxəssisləri xəbərdarlıq ediblər.

Müşahidə məlumatlarına görə, ulduzun cənub yarımkürəsində, Yerə baxan tərəfində alov enerjisinin sürətlə yığılması müşahidə olunur.

Son günlərdə günəş ləkələrinin sahəsi demək olar ki, 100% artıb. Yerin orbiti yaxınlığında rentgen şüalarının aktivliyi isə 5 dəfə çoxalıb. Bu, ilin əvvəlindən bu yana maksimumdur.

Böyük ehtimal ki, bütün bunlar həftə sonuna qədər ən yüksək dərəcəli maqnit qasırğasının yayılmasına səbəb olacaq.

Ən təhlükəli günlər aprelin 19-u və 20-sidir. Günəşin mənfi təsirləri gələn həftənin ortalarına qədər hiss olunacaq.

Mənbə: tvzvezda.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir