Gündəm manset

ABŞ Türkiyəyə qarşı qərəzini açıq elan etdi

Sharing is caring!

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı haqqında qətnamə qəbul etməsi beynəlxalq hüquq normalarına ziddir.

Bu sözləri XəbərAl.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanıması haqqında qərarından danışarkən deyib. O bildirib ki, tarixçilərin araşdırıb qərar verəcəyi məsələyə ABŞ Konqresində bir neçə dəqiqəyə qərar verilməsi ədalətsizlik və siyasi mahiyyətlidir:

“ABŞ Konqresinin bu qərarı kəskin şəkildə pislənməli və tənqid edilməlidir. Bu, açıq şəkildə siyasi qərəzdən doğan mövqedir, tarixə heç bir aidiyyəti yoxdur. Çünki olmayan soyqırım haqqında qərar qəbul etməyin başqa açıqlaması ola bilməz”.

Politoloq deyib ki, ABŞ bu qərarı qəbul etməklə Türkiyəyə qarşı qərəzli mövqeyini ortaya qoydu:

“296 saylı qətnamədə “1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin məruz qaldıqları soyqırımın inkarının tanınmaması, ABŞ hökuməti tərəfindən erməni soyqırımının rəsmən tanınması, belə cinayətlərin gələcəkdə təkrarlanmasının qarşısının alınması üçün tanınmanın vacibliyi” vurğulanır. Təbii ki, bütün bunlar sadəcə, söz yığınıdır. Məqsəd tanınma prosesindən sonra ermənilərin Türkiyəyə qarşı təzminat və ərazi iddialarını qanuniləşdirməkdir. Tarixə nəzər salsaq, görərik ki, ermənilər ən böyük soyqırımı vaxtilə türklərə qarşı dəfələrlə törədiblər. Amma bu günə qədər bununla bağlı heç bir qətnamə qəbul etməyən ABŞ Konqresində indi olmayan soyqırım haqqında qətnamə qəbul edilir. Hesab edirəm ki, bu qərar bir daha ABŞ-ın Türkiyəyə qarşı qərəzini ortaya qoymaqla, qardaş ölkəyə qarşı aqressiyasının daha açıq səviyyədə təzahürüdür”.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma erməni soyqırımını rəsmən tanıyıb. Demokratların hakim olduqları Nümayəndələr Palatasına təklif edilən layihənin lehinə 405 səs verilib. Əleyhinə cəmi 11 səs olub. Bu qərarda 1915-1923-cü illər ərzində baş verən hadisələrin “soyqırım” kimi qəbul edilməsi və belə anılması istənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir