Dünya

Tbilisi yaxınlığında meşə yanğını başlayıb

Sharing is caring!

Meşə yanğını eyni vaxtda Tbilisi yaxınlığında yerləşən Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində başlayıb.

Bu barədə bazar günü Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

“Biz təsdiq edirik ki, hazırda Tbilisi yaxınlığında bir neçə yanğın var. Yanğınsöndürənlər və xilasedicilər artıq hadisə yerindədirlər və yanğınların aradan qaldırılması üçün bütün tədbirlər görülür”, – mətbuat xidmətindən bildirilib. İdarədən verilən məlumata görə, əsasən quru ot və kol-kos yanır. Bir neçə saat əvvəl Tbilisidə qalxan külək işi çətinləşdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir