Dünya

Dağıstanda temperatur rekordu qeydə alındı

Sharing is caring!

Nalçik, Kurqan və Mahaçqalada maksimal temperatur göstəriciləri qeydə alınıb.

Bunu Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bazar günü jurnalistlərə bildirib. O, rekord istilərin bir neçə gün öncə müşahidə edildiyini vurğulayıb.

“Sentyabrın 2-də Nalçikdə mütləq maksimal temperatur – 35,3 dərəcə, Kurqanda – 35,8 dərəcə, Mahaçqalada isə 37,4 dərəcə istilik olub. Bu, rekord göstəricilərdir”, – deyə meteoroloq bəyan edib.

O qeyd edib ki, Mahaçqalada hava müşahidələri 160 ildir ki, aparılır.

Bundan əvvəl şəhərdə sentyabrın 2-i üçün maksimal temperatur 1953-cü ildə 31,5 dərəcə olmaqla qeydə alınıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir