Dünya

Braziliyada qadın boğub öldürdüyü uşaqlarının meyitləri ilə iki həftə yaşadı

Sharing is caring!

Braziliyada iki uşaq öz anaları tərəfindən boğulub və meyitləri iki həftə evdə yataqda gizlədilib.

31 yaşlı Eliara Paz Nardes qətldən sonra vəkilinə zəng edərək törətdiyi əməli etiraf edib. Polis çarpayıda onun doqquz yaşlı qızının və üç yaşlı oğlunun meyitlərini tapıb.

Çürümüş meyitlərdən gələn iyi gizlətmək üçün Nardes onların bədənlərini yorğanla örtüb.

Polisin araşdırmasına görə, oğlan anası tərəfindən yastıqla, qız isə yaylıqla boğularaq öldürülüb.

Nardes ifadəsində deyib ki, tənhalıqdan, çox yorğun olduğundan və uşaqları maddi və mənəvi cəhətdən böyütməyə imkanı olmadığından cinayəti törədib.

O, intihar etmək istədiyini də əlavə edib.

Mənbə: The Mirror

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir