Dünya

Amerikalı pilot sərnişinləri hədələdi: “Çılpaq şəkillər göndərməyi dayandırın” – VİDEO

Sharing is caring!

Amerikanın “Southwest Airlines” aviaşirkətinin pilotu sərnişinləri hədələyib.

O, sərnişinlərdən “AirDrop” vasitəsilə bir-birilərinə çılpaq şəkillər göndərməyi dayandırmalarını istəyib. Əks təqdirdə təyyarəni geri döndərəcəyini bildirib.

“Təhlükəsizlik xidmətini işə salacağıq, tətiliniz pozulacaq”, – deyə o əlavə edib.

Bu görüntülərin əks olunduğu video “TikTok” sosial şəbəkəsində gündəm olub. Videogörüntülər iki milyondan çox baxış toplayıb.

Sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, pilot həmin an onlara uşaqları “nalayiq” davranışa görə danlayan valideynləri xatırladıb.

Mənbə: RTVI “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir