Dünya

Londonda karnaval zamanı bir neçə bıçaqlı hücum olub – FOTO

Sharing is caring!

İngiltərə paytaxtında ənənəvi Karib mədəniyyəti festivalı zamanı bir neçə bıçaqlı hücum olub.

Bu barədə Skotland Yard xəbər verib.

İngiltərə polisi hücumlarda neçə nəfərin yaralandığını dəqiqləşdirməyib. Ancaq yerli KİV-də verilən məlumata görə, bir nəfər həlak olub.

Qeyd edilir ki, Londonun şimal-qərbindəki Nottinq-Hill bölgəsində Karib mədəniyyətinin ənənəvi karnavalı 1964-cü ildən keçirilir. Tədbir mütəmadi olaraq dava və həbslərlə müşayiət olunur.

Bu il polis əməkdaşlarının 70-dən çox həbs həyata keçirdikləri bildirilir.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir