Dünya

ÜST payızda koronavirusla bağlı yeni proqnozunu açıqladı

Sharing is caring!

Avropada bir neçə həftə ərzində koronavirusa yoluxma hallarının sayı 250 milyona (pandemiyanın başlanğıcından bəri) çatacaq.

Bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Klüge proqnoz verib.

O, payızda yoluxmalarda yeni artım gözlənildiyini bildirib.

“Biz pandemiya ilə mübarizədə böyük nailiyyətlər əldə etdik. Lakin virus hələ də yayılmaqdadır, yenə də insanlar ona görə xəstəxanalara düşür, ölürlər – təkcə son bir həftədə təxminən 3 000. Bu, dünyada qeydə alınan ümumi rəqəmin təxminən üçdəbirini təşkil edir”, – deyə o əlavə edib.

Klüge əksər ölkələrin, o cümlədən aşağı və orta gəlirli ölkələrin vaksinasiyaya davam etməsinə baxmayaraq Avropanın bir çox yerlərində milyonlarla insanın peyvənd olunmamış qaldığını vurğulayıb.

O, həmçinin ölkələri imkan təqdirində qrip peyvəndini COVID-19 peyvəndi ilə birlikdə tətbiq etməyə çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir