Cəmiyyət

Uşaqlarda piylənmə olub-olmadığını necə hesablamaq olar? – AÇIQLAMA

Sharing is caring!

“Bədən kütləsi indeksi (BMİ) çəki və boy arasındakı sadə məlumatdır və adətən fərdi səviyyədə, yaş, cins və əhalidən asılı olaraq fərdlərdə artıq çəki və piylənmənin müəyyən edilməsi üçün istifadə olunur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloq Azad Əkbərzadə Nazirliyin rəsmi “Instagram” səhifəsində canlı yayımda uşaqlardakı artıq çəki ilə bağlı problemlərdən danışarkən deyib.

Onun sözlərinə görə, bu mütənasiblik BMI = Çəki (kq) / Boy (kvadratmetri) düsturu ilə hesablanır:

“Uşağın bədən kütlə indeksini hesablamaq üçün çəkisini (kq) götürüb boy ölçüsünün kvadratına bölmək lazımdır. Məsələn, çəkini 30 kq, boyu 1,30 m götürək. Çəkini boyun kvadratına bölməliyik. Alınan rəqəm, yəni bədənin kütlə indeksi 19-a qədər olarsa, az çəki, 20-25 arası olduqda normal çəki, 25 ilə 29,9 arasında olduğu müddətdə artıq çəki, 30-dan yuxarı olduqda isə piylənmənin aktual olduğuna işarədir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir