Cəmiyyət

Nazirlik: “Müharibədən sonra ermənilər Dəmirli yatağında istismar sahəsini iki dəfə böyüdüblər” – FOTO

Sharing is caring!

“Qızılbulaq qızıl yatağı 2002-ci, Dəmirli mis-porfir yatağı isə 2013-cü ildən istismar edilib. Hər iki yataq “Base Metals” şirkəti tərəfindən talan edilib”.

Bunu Oxu.Az-açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin İdarə heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, bu yataqlardan böyük miqdarda mis, molibden və qızıl Ermənistana daşınıb: 

“Ermənilər beş ildir ki, orada istismar aparılmadığını bildirsələr də, bu, həqiqəti əks etdirmir. Dəmirli mis-molibden yatağında ermənilər tərəfindən yenidən istismara başlanılıb və bu, müvafiq faktlarla təsbit edilib. Monitorinq qrupu 2022-ci il dekabrın 10-da ərazilərə daxil olacağı zaman Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına baxış keçirməli idi.

Hər iki yatağa girişdə ermənilər planlı bir oyunla bizi oraya buraxmadılar və sülhməramlılar bu məsələdə qətiyyətsizlik göstərdilər. Dəmirli mis-porfir və Qızılbulaq qızıl yatağında ermənilər qarşımızı kəsərək ciddi maneələr törətdilər”.

O qeyd edib ki, Dəmirli mis-molibden yatağının üçüncü girişində də sərt müqavimətlə üzləşiblər:

“Ərazidən keçid zamanı vizual müşahidələr apara bildik. Mən 2021-ci ildə də orada olmuşam. Bu dəfə hərəkət boyu müşahidə etdim ki, istismar ərazisinin sahəsi iki dəfə böyüyüb”.

“30 illik işğal dövründə qızıl yataqlarımızda 30-a yaxın şirkət çalışıb. Onlar beynəlxalq konvensiyaları və Azərbaycan qanunlarını pozublar. Zor tətbiq etməklə ölkəmizə məxsus mineral-xammal ehtiyatlarını qanunsuz istismar etmək olmaz. Erməni işğalçı rejim tərəfindən qanunsuz şəkildə yataqlarımızdan 10 minlərlə ton mineral xammal daşınıb”, – deyə o əlavə edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir