Dünya

Sakinlər qəza olan “Fukusima-1” AES ərazisinə qayıdırlar

Sharing is caring!

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasının yerləşdiyi Futaba kəndində qüvvədə olan evakuasiya statusu qismən götürülüb.

2011-ci ildə AES-də baş vermiş qəzadan sonra ilk dəfə olaraq belə qərar qəbul edilib. Ərazinin təxminən 80%-i yaşayış üçün təhlükəsiz hesab olunub.

Sakinlərin qəsəbənin bəzi ərazilərinə qayıtmasına və orada yaşamasına icazə verilib. Futaba qatar stansiyası yaxınlığında yerləşən rayonlar, kəndin mərkəzi hissəsi, ticarət və sosial infrastrukturun daxil olduğu şimal-şərq əraziləri bu qəbildəndir.

Ərazinin 20 faizində isə hələ də yaşayış qadağandır.

Futaba rəhbərliyi 2030-cu ilə qədər kəndin əhalisini 2000 nəfərə çatdırmaq niyyətindədir. Lakin bu plan baş tutmaya bilər. Belə ki, çox as sayda əhali oraya qayıtmaq istəyindədir.

Mənbə: Kommersant

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir