Dünya

İranda mikroavtobus yük maşını ilə toqquşdu: 16 ölü – FOTO

Sharing is caring!

Səhər saatlarında İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Şüştər rayonunda mikroavtobus yük maşını ilə toqquşub.

Bu barədə Şüştər rayonu təcili yardım idarəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Arif Şərəhani deyib.

Onun sözlərinə görə, baş verən qəzada 16 nəfər həlak olub. Ölənlərin 10-u qadın, altısı isə kişidir. Onların kimliyi müəyyən edilməyib.

Yaralanan səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Hadisə araşdırılır.

Mənbə: İRNA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir