Dünya

İran nüvə sazişini pozdu

Sharing is caring!

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uranı 5%-ə qədər zənginləşdirdiyi barədə hesabat yayıb.

Hesabatda İranın Natanzdakı yeraltı obyektdə qabaqcıl “IR-6” sentrifuqalarından istifadə etməklə uranı 5%-ə qədər zənginləşdirdiyi barədə məlumat verilib.

“28 avqust 2022-ci ildə yanacağın zənginləşdirilməsi üzrə müəssisədə fəaliyyət göstərən agentlik təsdiq etdi ki, İran uranın 5%-ə qədər zənginləşdirilməsi əməliyyatlarını həyata keçirir”, – deyə  BAEA-nın hesabatında qeyd edilir.

Halbuki 2015-ci ildə İranın nüvə sazişinə uyğun olaraq İranda uranın zənginləşdirilməsi üçün icazə verilən səviyyə 3,67%-dən çox olmamalıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir