Dünya

İtaliyada iri şirkət direktorunu ildırım vurdu

Sharing is caring!

İtaliyanın şimalındakı Pyemont bölgəsində dağlıq ərazidə iki velosipedçini ildırım vurub.

Nəticədə hər iki velosipedçi ölüb.

Ölənlərdən biri “Balocco” iri konditer şirkətinin 53 yaşlı baş direktoru Alberto Balokkodur.

Məlumata görə, velosipedçilərin cəsədlərini ilk olaraq ərazidən keçən avtomobil sürücüsü görüb. O, bu barədə polisə məlumat verib. Hadisə yerinə dağ-xilasetmə xidmətinin əməkdaşları və helikopter xilasetmə qrupu gəlib.

Lakin bütün səylərə baxmayaraq velosipedçiləri xilas etmək mümkün olmayıb.

Balokkonun vəfatı ilə əlaqədar Pyemont Prezidenti Alberto Çirio başsağlığı verib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir