Dünya

NASA yeni proqram təqdim etdi: Marsda öz səsinizi eşidə bilərsiniz

Sharing is caring!

NASA yeni proqram təqdim edib. Bu yenilik Marsda öz səsinizi eşitməyə imkan verir.

Qurumun rəsmi saytına daxil olaraq proqramdan istifadə etmək mümkündür.

Proqram Marsdan əldə edilmiş məlumatlara əsaslanır. Bu məlumatlar isə iki mikrofonla təchiz edilmiş “Perseverance” roverindən istifadə etməklə əldə edilir.

“Əgər siz Marsda dayansaydınız, Yer kürəsində eşitdiklərinizin daha sakit və daha aşağı tonda bir versiyasını eşidərdiniz. Marsda atmosfer tamamilə fərqlidir. Yerdə öyrəşdiyimiz bəzi səslər, məsələn fit, zəng və ya quş nəğməsi, orda demək olar ki, eşidilməz olardı. Marsın atmosferi fərqli tərkibə, temperatura və sıxlığa malikdir”, – deyə NASA bildirib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir