Dünya

Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub

Sharing is caring!

Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub. Həmçinin bununla bağlı Seula əvvəlcədən xəbərdarlıq edilməyib.

Bu barədə Cənubi Koreya ordusu məlumat verib.

Qeyd olunub ki, hava hücumundan müdafiə identifikasiya zonası Koreya Respublikasının hava məkanından əlavə, həm də beynəlxalq hava məkanının ərazisini əhatə edir. Lakin hərbçilər bu zonaya daxil olmaq barədə öncədən məlumat verilməsini tələb edirlər.

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi bildirib ki, Cənubi Koreya hərbçiləri “mümkün insidentlərə hazırlıq kimi taktiki səviyyədə tədbirlər görüblər”.

Mənbə: Yonhap

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir