Dünya

Kiyevdə 60-a yaxın ölkənin iştirakı ilə Krım Platformasının sammiti başlayıb

Sharing is caring!

Ukraynanın paytaxtı Kiyevdə Krım Platformasının sammiti başlayıb. Tədbirdə dünyanın 60-a yaxın ölkəsinin nümayəndəsi iştirak edir.

Bu il onlayn şəkildə keçirilən toplantıda Avropa ölkələri, ABŞ, Asiya, Latın Amerikası, Afrika ölkələrinin liderləri, həmçinin Avropa Komissiyası, Avropa Şurası, NATO və Krım tatarları Məclisinin rəhbərləri iştirak ediblər.

Sammit zamanı ölkələrin nümayəndələrinin bir sıra tematik məsələləri müzakirə edəcəkləri gözlənilir:

– Ukraynaya qarşı genişmiqyaslı hücumda Krımın müvəqqəti işğalının rolu;

– Qara və Azov dənizlərində təhlükəsizliyin və sabitliyin bərpası üçün birgə səylər;

– Rusiyanın Krımda, xüsusən də etnik ukraynalılara və Krım tatarlarına qarşı insan haqlarını və beynəlxalq humanitar hüququ pozmasına cavab olaraq gələcək addımlar;

– Krımın beynəlxalq hüquqi statusunda hər hansı dəyişikliyin tanınmaması siyasətinin gücləndirilməsi;

– Sanksiyaların effektivliyi, onların gücləndirilməsi və yayınma hallarının qarşısının alınması.

Mənbə: Korrespondent

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir