Dünya

ABŞ kəşfiyyatı Rusiyanın Ukraynanın dövlət binalarını vuracağı tarixi açıqladı

Sharing is caring!

ABŞ kəşfiyyatında Rusiya ordusunun avqustun 23-24-də Ukrayna şəhərlərini atəşə tutacağı ilə bağlı məlumatlar var.

Qeyd olunur ki, Ukraynanın Dövlət Bayrağı Günü və Müstəqillik Günündə Rusiya qoşunları dövlət obyektlərinə zərbələr endirəcək:

“Rusiyanın yaxın günlərdə Ukraynada mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini gücləndirəcəyinə dair məlumatımız var. Rusiyanın Ukraynadakı təcrübəsini nəzərə alaraq, biz Rusiyanın zərbələrinin mülki əhali və mülki infrastruktur üçün davam edən təhlükəsindən narahatıq”.

Qeyd edək ki, avqustun 24-də Ukraynanın bir sıra vilayətlərində kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir