Dünya

Qazaxıstanda gənc cütlük yeni doğulan körpəni satmağa cəhd edib

Sharing is caring!

Qazaxıstanda gənc cütlük yeni doğulan uşağını satmaq qərarına gəlib.

Məlum olub ki, 24 yaşlı qadın 21 yaşlı ortağı ilə iki ay əvvəl alıcı axtarmağa başlayıb. Almatıda iki sakin körpə almaq istədiklərini bildiriblər. Razılaşmanın dəyəri 2 milyon tenge olub.

Alış-veriş həftə sonuna planlaşdırılsa da, polis buna imkan verməyib və vasitəçilər saxlanılıb.

Bundan əlavə, uşağa sənəd verəcəyini vəd edən qadın da ələ keçib.

Uşaq cütlüyün əlindən alınıb, hazırda o, tibb müəssisəsindədir.

Hüquq-mühafizə orqanlarının araşdırma aparır. Şübhəlilər isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir