Şou-Biznes

Müğənni Manaf Ağayevə qarşı anti təbliğat yoxsa piar? – Araşdırma Yazı

Sharing is caring!

Vallahi bunu yazacam çoxunuz məni yenə qınayacaqsınız.
Amma bunu yazmasam olmaz.

Hamınız bilirsiniz ki, müğənni Manaf Ağayevi ən çox tənqid edən jurnalistlərdən biri mən olmuşam.
Bu gündə tənqid yazan jurnalist həmkarlarıma da pis baxmıram öz işləridir. Manaf bilər, onlar bilər.
Çünki eləniz oldu ki, Manaf Ağayevlə mən barışanda məni söyüş atəşinə tutdunuz.
Bildiniz, bilmədiniz danışdınız.
Əslində savadsız kütlənin düşündüyü kimi deyildi.
Mən Manafla dostam.

Bəs Müğənni Manaf Ağayevi Avropada muhacir həyatı yaşayan, klaviatura arxasından söyüş, söyməyi özlərinə gündəlik həyat tərzi və imic seçən, çatana çatıb, çatmayana bir daş atan Qabilə, Maxsuda nə bilim onlara taylara söydürən, Manaf Ağayevin hansı həmkarıdır?

Təbii ki, bizə də hələ ki, məlum deyil amma belə qənaətə gəlirik ki, bu söyüş palikatını Manaf Ağayevin əksinə təşkil edən başqa sənətdən ola bilməz!
Nəyinə Lazım?

Nəysə bu mövzu başqa bir temadır, buna başqa bir vaxtı qayıdarıq inşallah! (Dəqiqləşdiririk)

Sadəcə mənə maraqlısı odur ki, yaxşı tutaq ki, bunu Manaf Ağayevlə prinsipi olan hansısa bir həmkarı edir, bəs yaxşı müğənni Fədayə Laçın, teleaparıcı İlham Mirzəyev niyə çıxıb bu yazılanlara öz insanlıq mövqeylərini bildirmir?

Axı hamımız şahidik ki, hər ikisi həbsdən çıxanda mediya vasitəsi ilə, həmkarlarından birinci Manaf Ağayevə öz təşəkkürlərini bildirdi?!

Yəni müğənni Fədayə Laçın və Teleaparıcı İlham Mirzəyev həbsdə olarkən, Manaf Ağayev onlara maddi-mənəvi dəstək olmuşdu.

Hətta bildiyimiz qədər Fədayə Laçın və İlham Mirzəyev azadlığa çıxdıqdan sonra belə yenə də Manaf Ağayev onların yanında oldu.

Allah heç kəsə həbs olunmağı göstərməsin.

Həbsdən heç kəs sğortalanmayıb.

Lakin çətin günümdə mənə hansı bir tanıdığım, tanımadığım insanlar yaxşılıq edirsə, əlimdən tutursa, məndə nə qədər sağam o insanın yaxşı və pis günündə yanında olaram.

Ən azından Manaf Ağayevə qarşı anti təbliğat getdiyi bir vaxtda müğənni Fədayə, teleaparıcı İlhamı və digərləri sosial şəbəkələrdə fəal olub. Manaf Ağayevin vaxtında onlara etdiyi yaxşılığı qismən də olsa, qaytarmaq üçün öz video paylaşımları  yazdıqları statusları ilə öz dəstəklərini bildirməlidilər.

Çox heyif görsənmədilər.

“Dost dar gündə tanınar deyib Atalarımız”

Mən belə düşünürəm:

Mövzuya qayıdacam…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir