Dünya

Fransada şərab istehsalı təhlükə ilə üz-üzə

Sharing is caring!

Fransada quraqlıq və isti dalğaları fonunda bu il şərab istehsalı azalacaq.

Bu barədə Fransanın üzümçülər assosiasiyası “Vignerons Engagés”in inkişaf meneceri Amelie Petit açıqlayıb.

Buna baxmayaraq, Petit təsəlli verir ki, hansısa fəlakətli itkilər nəzərdə tutulmur və fransızlar tamamilə şərabsız qalmayacaqlar: “2022-ci ilin əvvəlindən şərab istehsalına təsir edən bir çox iqlim faktorları var. Bunlar, məsələn, Fransada müxtəlif üzüm bağlarında istehsal həcminin azalmasına səbəb olan şaxtalar və doludur, yayda da quraqlıq və həddindən artıq istilər olur ki, bu da istehsal olunan şərabın həcminə təsir göstərəcək”.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir