Dünya

Aktrisa Fələstinə dəstək verdiyi üçün “Qışqırıq” filminin yeddinci hissəsindən qovuldu

Sharing is caring!


Aktrisa Melissa Barrera İsrailin HƏMAS-la müharibəsi ilə bağlı sosial şəbəkələrdə bir sıra paylaşımlardan sonra “Qışqırıq” (“Scream”) filminin yeddinci hissəsindən qovulub.

O, “Instagram” sosial şəbəkəsində qeyd edib ki, Qəzza zolağının sakinlərinə konslagerdəki məhbuslar kimi yanaşırlar. Aktrisanın qənaətincə, Qəzza sakinlərinin işıqsız, susuz küncdə oturmaqlarını istəyirlər.

Barrera həmçinin baş verənləri etnik təmizləmə adlandırıb.

“Spyglass Media Group” kino şirkətindən bildirilib ki, studiyanın Barreranın işdən çıxarılması ilə bağlı mövqeyi aydındır:

“Onlar antisemitizmi və heç bir formada nifrətin qızışdırılmasını qəbul etmirlər”.

Qeyd edək ki, “Qışqırıq” qorxu filminin altıncı hissəsinin premyerası 8 mart 2023-cü ildə baş tutub.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir