Dünya

Tokioda alov topu şəklində meteorit peyda oldu – VİDEO

Sharing is caring!

Yaponiyanın paytaxtı Tokioda və şəhərin ətraf bölgələrində alov topu şəklində meteorit görünüb. Görüntülər sosial mediada böyük marağa səbəb olub.

Məlum olub ki, alov topu asteroidin atmosferdə yanmasından sonra Yerə düşən parçaların saçdığı işıqdır. Dənizə düşdüyü hesab edilən meteoritin görüntüləri yolda gedən maşınların kameralarına əks olunub.

Mütəxəssislər qeyd ediblər ki, sözügedən təbiət hadisəsinin harada və nə vaxt baş verəcəyini əvvəldən bilmək mümkün deyil. Ona görə də onu müşahidə edənlər şanslıdırlar.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir