Dünya

Məşhur braziliyalı narkotacir “Marakana”da ələ keçdi

Sharing is caring!

Polis Braziliya kuboku oyununda ölkənin məşhur narkotacirlərindən birini saxlayıb.

“Marakana” stadionunda keçirilən turnirin 1/4 final mərhələsinin “Fluminense” – “Fortaleza” matçı (2:2) zamanı Foka kimi tanınan Marko Aurelio dos Santos Roşa saxlanılıb.

Narkotik alverçisi arenaya “Fluminense” forması ilə gəlib.

Qeyd edək ki, Roşanın həbsi ilə bağlı iki məhkəmə qərarı mövcuddur. Həmçinin, polisin məlumatına görə, o, Belford-Roşu şəhərində bir neçə qətlə görə məsuliyyət daşıyır.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir