Dünya

Azərbaycanlı konqres sədri Ukraynadakı son vəziyyəti AÇIQLADI – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Bu ölkədə yaşayan İvano-Frankovsk vilayətinin Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Sumı və Çerniqov vilayətləri raket atəşlərinə məruz qalır. Luqansk istiqamətində, həmçinin Donetsk vilayətinin Avdeyevka və Kramatorsk bölgələrində də vəziyyət gərgindir.

Qeyd edilib ki, avqustun 16-da Belarusdan qalxan təyyarələr Jitomir vilayətində yerləşən hərbi aerodroma zərbə endirib və nəticədə aerodromun hərəkət zolağına ziyan dəyib. Gecə saatlarında isə Nikolayev şəhərində yerləşən universitetə 2 raket atılıb.

O da bildirilib ki, müharibənin ilk günlərində Mariupolda ailəsi ilə birlikdə itkin düşən həmyerlimiz Ruslan Musayev qohumları ilə əlaqə saxlayıb. Təhlükəsizlik səbəbi ilə onun olduğu yerlə bağlı məlumat verilmir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir