Dünya

Daha bir quru yük gəmisi Ukrayna limanını tərk edib

Sharing is caring!

Marşal adaları bayrağı altında günəbaxan tumları daşıyan “Thoe” quru yük gəmisi Ukraynanın Çernomorsk limanını tərk edərək Türkiyəyə doğru hərəkət edir.

Bunu “Marine Traffic” gəmi izləmə xidmətinin məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, gəmi Ukrayna sahillərindən iki dəniz mili aralıda olub.

Göyərtəsində 2 900 ton yük olan “Thoe” Türkiyənin Tekirdağ limanına yollanır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir