Dünya

Moskva sakinlərinə xəbərdarlıq edildi

Sharing is caring!

Rusiyanın paytaxtı Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi yenidən qüvvəyə minəcək.

Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi xəbər verib.

Meteorologiya qurumunun avqustun 13-ü saat 12:00-dan avqustun 15-i saat 12:00-dək qüvvədə olan xəbərdarlığında deyilir:

“Bəzi yerlərdə kəskin isti, gündüz 30-32 dərəcə isti olacaq”.

Sonuncu dəfə avqustun 3-dən 7-dək Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi qüvvədə olub.

Moskvanın hava bürosundan bildirilib ki, bu yayın və bütün 2022-ci ilin ən isti günü hələ də iyulun 11-i olaraq qalır – həmin vaxt 32,8 dərəcə temperatur qeydə alınıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.