Dünya

Rusiyalı hakerlər Latviya Seyminin saytına hücum etdilər – FOTO

Sharing is caring!

“Killnet” qrupunun rusiyalı hakerləri Latviya Seyminin internet saytını “sındırıblar”.  

Bu barədə “We are Killnet” hakerləri “Telegram” kanalında məlumat veriblər.

Onlar Latviya Seyminin veb-saytının skrinşotunu yayımlayıblar. Skrinşotda “Sayta giriş mümkün deyil” yazılıb.

Bundan əvvəl Latviya Seymi Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Rusiyanın Ukraynada keçirdiyi müharibə əməliyyatlarına ölkə belə reaksiya verib. Həmçinin Latviya rusiyalılara viza verilməsini qadağan edib, Rusiya Federasiyası ilə iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığı kəsib.

Mənbə: URA.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir